RU

Çindən ABŞ-yə sərt reaksiya: “Birtərəfli sanksiyalara...”

Çin, ABŞ-nin İranla ticarət edən ölkələrə əlavə 25 faiz gömrük rüsumu tətbiq etməsinə sərt reaksiya verib.

"Cebheinfo.az" xəbər verir ki, Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü Liu Penqyu bildirib ki, Pekin rəhbərliyi hər cür qanunsuz və birtərəfli sanksiyalara qarşıdır və ölkəsinin qanuni hüquq və maraqlarını qorumaq üçün zəruri tədbirlər görəcək.

ABŞ-nin Prezidenti Donald Tramp daha əvvəl bəyan etmişdi ki, İranla ticarət edən ölkələr ABŞ ilə ticarətlərində 25 faiz gömrük rüsumu ödəməli olacaqlar.

Tramp sosial media hesabında bu qərarın “qəti və yekun” olduğunu vurğulayaraq dərhal qüvvəyə mindiyini açıqlamışdı.

Qərarın İranla böyük həcmdə ticarət edən Çin üçün mənfi nəticələr doğuracağı gözlənilir. İranın xarici ticarətində 30 faizlik paya sahib olan Çin, ölkənin neft ixracatının 90 faizini alır.

Избранный
117
23
cebheinfo.az

10Источники