RU

"Çin və Rusiya ABŞ-nin təzyiqləri qarşısında İrana dəstək ola bilməyəcək" - Politoloq

"Çin və Rusiya İrana müəyyən dərəcədə dəstək versələr də, bu yardımların ABŞ-nin təzyiqi qarşısında yetərli olub-olmayacağı şübhəlidir".

Bu fikirləri Redaktor.az-a danışan politoloq Yusif Bağırzadə bildirdi.

"Hətta İranla Rusiya arasında strateji müttəfiqlik mövcuddur, Çin də İrana böyük investisiyalar qoyub və onların arasında 400 milyard dollarlıq müqavilə var. Müqavilənin bir hissəsi artıq həyata keçirilib. Amma görünən odur ki, ABŞ-nin hərbi və siyasi təzyiqləri qarşısında bu iki dövlət İrana ciddi şəkildə dayaq ola bilməyəcək. Təbii ki, nəzəri olaraq Çinin və Rusiyanın ciddi yardım göstərməsi rejimin ömrünü bir qədər uzada bilər, amma praktikada bu, çox çətin görünür. Yəni qısaca desək, İran üçün xarici dəstək mövcuddur, amma ABŞ-nin təzyiqi və vəziyyətin mürəkkəbliyi səbəbindən bu dəstək rejimi qorumaqda əsas rol oynaya bilməyəcək", - deyə o vurğuladı.

Nuriyyə NATİQQIZI

Избранный
80
50
redaktor.az

10Источники