RU

Prezident İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində Aşağı Oratağ,Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb.

Trend xəbərverir ki, dövlətimizin başçısını salamlayan qadın sakin dedi: Səninboyuna qurban, canım sənin boyuna qurban.

Prezident İlham Əliyev: Sağ olun. Necəsiniz? Necə yerləşmisinizburada?

Sakinlər: Yaxşı.

Prezident İlham Əliyev: Yaxşıdır hər şey?

Sakinlər: Yaxşıdır.

Prezident İlham Əliyev: Allaha şükür. Təbrik edirəm sizi.

Sakinlər: Sağ olun.

Prezident İlham Əliyev: Artıq üç gündür ki, Ağdərə rayonunundörd kəndinə yerləşmisiniz. Bu münasibətlə sizi təbrik edirəm.

Sakinlər: Çox sağ olun.

Prezident İlham Əliyev: Bütün bu kəndlərdə olmuşam: Çapar,Heyvalı, Çıldıran və Aşağı Oratağ kəndləri. Evlər gözəl təmirolunub, bərpa edilib. Son iki il ərzində biz işğaldan azad edilmişAğdərə rayonunun bütün qəsəbələrində, kəndlərində monitorinqaparmışıq. Birinci mərhələdə bərpa olunan kəndləri müəyyən etmişikvə artıq Ağdərə rayonunun doqquz kəndinə keçmiş köçkünlərqayıtmışlar.

Sakinlər: Çox sağ olun.

Prezident İlham Əliyev: Uzun illərin həsrəti arxada qaldı,haqq-ədalət Zəfər çaldı. Azərbaycan öz ərazi bütövlüyünü,suverenliyini bərpa etdi. Azərbaycanlılar öz dədə-baba torpaqlarınaqayıdıblar və burada qürurla yaşayacaqlar, xoşbəxt yaşayacaqlar,rahat yaşayacaqlar. Əminəm ki, bundan sonra müharibə olmayacaq.Azərbaycan dövləti güclü dövlətdir.

Kişi sakin: Sizin sayənizdə, cənab Prezident.

Prezident İlham Əliyev: Bizi güclü edən xalqımızdır, yumruq kimibirləşən millətimdir.

Sakinlər: Qarabağ Azərbaycandır!

Prezident İlham Əliyev: Son iki il ərzində, - antiterrorəməliyyatından sonra, - 2023-cü ildən bu yana bütün bu bölgələrdə -Ağdərədə, Xocalıda, Xankəndidə, Xocavənddə həyat bərpa edilir. Beşil bundan əvvəl isə vaxtilə işğal altında olmuş digər ərazilərəköçkünlər qayıtmağa başlayıblar. Bu gün artıq 73 min insan - həmkeçmiş köçkün, həm də ki, köçkün olmayan, amma azad edilmişərazilərdə işləyənlər, çalışanlar, oxuyanlar yerləşiblər və hər ayQarabağa qayıdan vətəndaşların sayı artır. Burada şərait yaradılıb- işıq, su, qaz, yollar, iş yerləri.

Bu gün Qozlukörpü kəndində təxminən 15 meqavat gücündə SuElektrik Stansiyasının açılışını qeyd etdik. Bu bölgə elektriklətam təmin edilib. Hətta burada istehsal olunan enerji Azərbaycanındigər bölgələrinə də ötürülür. Yollar çəkilir. Buradan Tərtərəqədər, Kəlbəcərə qədər yollar tikilir, genişlənir. Bu gün “Dəmirli”Filiz Emalı Kompleksinin fəaliyyəti ilə də tanış oldum. Orada1000-ə yaxın iş yeri yaradılır. Yəni iş yerləri ilə bağlı heç birproblem olmayacaq. Həm dövlət, həm özəl sektor tərəfindən şəraityaradılır. Eyni zamanda, bu gözəl, səfalı, mənzərəli təbiətdənistifadə edərək əkinçilik, heyvandarlıq, arıçılıq, meyvəçilik -bütün bu işlərlə mütləq məşğul olmaq lazımdır ki, siz burada rahat,firavan yaşayasınız.

Kişi sakin: Bu gün üçün Sizə çox-çox təşəkkür edirik. Sizdünyaya sübut etdiniz ki, Qarabağ Azərbaycandır! Sağ olun, varolun.

Qadın sakin: Mən Ağdərənin Çapar kəndindənəm. Mən bir şəhidinanasıyam, bir şəhidin də bacısıyam.

Prezident İlham Əliyev: Allah rəhmət eləsin.

Qadın sakin: Bu gün mənim yanımda ikinci bir oğlum yoxdur.Azərbaycanın qeyrətli oğlanları mənim oğlumdur. Oğlum məni Sizəəmanət edib. Mən Azərbaycanın bütün şəhid anaları adından Sizə“Qarabağın qəhrəman oğlu” deyirəm.

Prezident İlham Əliyev: Sağ olun.

Qadın sakin: Siz də bizim ata yurdumuza, şəhidlərin qanı qədər,haqqı qədər müqəddəs olan Qarabağa, Ağdərəyə xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Sağ olun. Allah bütün şəhidlərimizərəhmət eləsin. Onların qanı, canı bahasına, qəhrəmandöyüşçülərimizin şücaəti, rəşadəti hesabına biz bu gün butorpaqlardayıq. Biz şəhidlərimizin əziz xatirəsini qəlbimizdə əbədiyaşadacağıq. Onu da bildirməliyəm ki, şəhidlərimizin qanını artıqbiz döyüş meydanında aldıq. Onların qanı yerdə qalmayıb. İşğaldövründə dəfələrlə bu sözləri biz eşitmişik, işlətmişik və buarzularla yaşamışıq. Çünki torpaqların itirilməsi, böyük saydaşəhidlərin şəhadətə ucalması - bütün bu ədalətsizliklər bizi xalqolaraq çox incidirdi, ancaq bizi sarsıtmadı. Biz əyilmədik,iradəmizi göstərdik və döyüş meydanında həm şəhidlərimizin qisasınıaldıq, həm də torpaqlarımızı qaytardıq. Son 80 il ərzindəAzərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb.Müharibələr olub, münaqişələr olub, bu gün də davam edir. Amma heçbiri tam və mütləq Qələbə ilə nəticələnməyib. Ancaq biz böyük xalqolaraq buna nail olduq, özü də cəmi 44 gün ərzində. Ondan sonra dabir gün ərzində. Biz şanlı Zəfərimizi, Zəfər yürüşümüzü ikimərhələyə bölərək həm də cavanlarımızı qoruduq. Çünki əgər 2020-ciil noyabrın 10-da müharibə dayanmasaydı, bəlkə də minlərlə şəhidverməli olacaqdıq. O cümlədən, bax burada, bu dağlarda, Ağdərədağlarında, Kəlbəcər dağlarında, Laçın dağlarında, Ağdamınminalanmış zolaqlarında minlərlə şəhid verə bilərdik. Biz onlarıqoruduq, onları qurban vermədik. Ancaq bilirdik ki, gün gələcək vəbiz bütün Qarabağı qaytaracağıq, ərazi bütövlüyümüzü bərpaedəcəyik, mənfur düşməni torpaqlarımızdan qovacağıq və tam Qələbəqazanacağıq. İndi də burada, - bir tərəfdə şəhid anası, bir tərəfdəağbirçək, - sizinlə bərabər durmuşuq. Bu, çox xoşbəxt bir hissdir,xoşbəxt bir gündür, gözəl bir gündür. Sizi ürəkdən təbrik edirəm,burada xoşbəxt yaşayın. Sağ olun.

Sakinlər: Allah Sizi qorusun!

x x x

Sonra foto çəkdirildi.

x x x

Kişi sakin: Cənab Prezident, Allahdan Sizə uzun ömür, cansağlığıarzu edirik. Həmişə bizim yanımızda olmusan, biz də səninarxanda.

Digər kişi sakin: Allah o “dəmir yumruğ”u düşmənlərimizinbaşının üstündən əskik etməsin. Amin. “Dəmir yumruq”, “QarabağAzərbaycandır!”

Qadın sakin: Mənim ən böyük sevincim Vətənimə qayıtmaq olsa da,həyatda ən böyük arzum cənab Prezidentlə görüşmək idi. Getdiyimbütün yerlərdə deyirdim ki, bir gün mənim əlim o kişiyə çatacaq.Mənim əlim çatdı. Ən böyük sevincim, cənab Prezidentləgörüşməkdir.

Kişi sakin: Çox sağ olun. Allah Sizi qorusun.

Qadın sakin: Çox istərdim ki, gələcəkdə bir dəfə də Ağdərədə,Çaparda mənim evimin qonağı olasınız. Allahım Sizi qorusun.Amin.

Prezident İlham Əliyev: Gələrik, əlbəttə, hələ çox görüşəcəyik.Bu gün Ağdərə şəhərinin təzə Baş planı mənə təqdim ediləcək. Ağdərəşəhərini də biz yenidən quracağıq, necə ki, artıq doqquz kəndiabadlaşdırmışıq. Şəhəri də quracağıq. Bura çox gözəl bir sənaye vəturizm mərkəzi olacaq. Bu səfalı yerlər göz oxşayır. Hər tərəf dağ,meşə, gözəl hava, bulaqlar, çaylar. Ona görə Ağdərənin gələcəkinkişafı çox parlaq olacaq. İşğalçılar bu ərazidə faktiki olaraqheç bir salamat bina qoymayıblar. Bax, təmir edilmiş bütün bubinalar bu gün dövlət tərəfindən təmir edilib. Ancaq talançılıqlaməşğul olublar. “Dəmirli” filiz yatağından bəlkə 2 milyard dollardəyərində, bəlkə də çox mis aparıblar. Bu, talançılıqdır, qanunsuzistismardır. İndi biz qayıtmışıq, orada işlər qurulub. Qeyd etdiyimkimi, orada 900-dən çox, təqribən 1000-ə qədər iş yeri yaradılacaq.Özü də tapşırıq vermişəm ki, oraya cəlb olunacaq vətəndaşlar bubölgədə yaşayan vətəndaşlar olmalıdır. İndi oranı genişləndirməküçün mütləq əlavə sərmayə də qoyulacaq.

Kənd təsərrüfatı, turizm – yəni bura təbii bir cənnətdir. Ammamənfur düşmən buranı viran qoyub, burada daşı daş üstə qoymayıb.Onlar hər il erməni təşkilatları tərəfindən 100 milyonlarla pulyığırdılar. Onların bir manatını da, bir dollarını da burayaqoymayıblar, hamısını talayıblar. Bizim evlərimizi yandırıblar,sizi didərgin salıblar, 1 milyon insanı didərgin salıblar, Ağdamıyerlə-yeksan ediblər, Füzulini də, Zəngilanı da, Qubadlını da.Kəlbəcərdə, Laçında, Xocalıda qanunsuz məskunlaşmışdılar. Xocalıyabir eybəcər ad da vermişdilər, amma heç biri tutmadı. Çünki butorpaqların sahibləri bizik, biz gəlmişik və bizqurub-yaradırıq.

Qadın sakin: Bütün bunlar Sizin güclü siyasətinizin nəticəsidir,cənab Prezident. Allah ömrünü uzun eləsin.

Prezident İlham Əliyev: Sağ olun. Bundan sonra ancaq müzəffərxalq kimi, qürurlu xalq kimi yaşayacağıq. İnşallah.

Sakinlər: Cənab Prezident, Siz dünyada Azərbaycan xalqınınfəxrisiniz, minnətdarıq. Sağ olun, Sizi görməyimizə şad olduq.

Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Избранный
122
24
az.trend.az

10Источники