RU

Ermənistan-ABŞ arasında 49 illik TRIPP layihəsi üzrə anlaşma əldə edildi

Bakı. Trend:

ABŞ “Tramp marşrutunu” 49 il müddətinə icarəyə qəbul edəcək.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu haqda Ermənistan XİN-in dərc etdiyiErmənistanla ABŞ arasında “Beynəlxalq Sülh və Rifah Naminə TrampMarşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi üzrə imzalanmışsazişdə qeyd olunur.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlətkatibi Marko Rubio Vaşinqtonda görüş keçirərək TRIPP layihəsininicrası üzrə çərçivə proqramını təqdim ediblər.

Dərc olunmuş sənəd 8 avqust 2025-ci ildə Ağ Evdə Cənubi Qafqazdadavamlı sülhün bərqərar olunmasına dəstək məqsədilə götürülmüşöhdəliklərin yerinə yetirilməsi istiqamətində atılmış yeni addımkimi qiymətləndirilib.

Mirzoyan və Rubionun birgə bəyanatında bildirilir ki, ErmənistanTRIPP layihəsinin inkişafına cavabdeh olacaq “TRIPP DevelopmentCompany” şirkətinin yaradılmasını təsdiqləmək və dəstəkləməkniyyətindədir. Şirkətə ilkin mərhələdə 49 il müddətinə layihəninicrası hüququ veriləcək. İrəvan Vaşinqtona TRIPP DevelopmentCompany-nin səhmlərinin 74 faizini təklif etməyi, 26 faizini isəözündə saxlamağı planlaşdırır.

Qeyd edək ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda AzərbaycanPrezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol PaşinyanABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar.Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzurdəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur.Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh vəDövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.

Избранный
92
33
az.trend.az

10Источники