Ayna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
O Hərbi Memorial Məzarlıqda dəfn olunacaq
Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevlə vida və dəfn mərasimi sabah saat 11:00-də keçiriləcək. AYNA.AZ xəbər verir ki, bu barədə APA-ya mərhumun ailə üzvləri məlumat verib.
O Hərbi Memorial Məzarlıqda dəfn olunacaq.
Qeyd edək ki, Milli Qəhrəmanın cənazəsi bu gün axşam Bakıya gətiriləcək.
Xatırladaq ki, əslən Şuşadan olan Şahin Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində doğulub. O, 2001-ci ildə Azərbaycanı tərk edərək Avropaya köçüb. Şahin Tağıyev İsveçdə qocalar evində uzun sürən xəstəlikdən sonra vəfat edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.