RU

Bu klub Haalandı transfer etmək istəyir: 500 milyonluq plan

“Real” yay transfer pəncərəsində “Mançester Siti”nin hücumçusu Erlinq Haalandı heyətinə qatmaq istəyir.

Publika.az xəbər verir ki, bu barədə "Sky Sport Germany" məlumat yayıb.

Mənbənin iddiasına görə, Madrid klubunun prezidenti Florentino Peres 25 yaşlı norveçli futbolçunun transferində şəxsən maraqlıdır. Mümkün keçid “Real”a bonuslar və maaş daxil olmaqla ümumilikdə 500 milyon avroya başa gələ bilər.

Haalandın “Siti” ilə mövcud müqaviləsi 2034-cü ilə qədər qüvvədədir. "Transfermarkt" portalı futbolçunun dəyərini 200 milyon avro olaraq qiymətləndirir.

Избранный
156
13
publika.az

10Источники