RU

Tanınmış şair vəfat etdi

Tanınmış şair, yazıçı Aydın Rəşid vəfat edib. Pravda.az “Yeni Sabah”a istinadla xəbər verir ki, o, 64 yaşında dünyasını dəyişib.

 

Qeyd edək ki, Aydın Ağasaleh oğlu Rəşidov 1962-ci il iyunun 1-də Bakıda anadan olub. Bədii yaradıcılığa ötən əsrin 80-ci illərində başlayıb. Mətbuatda şeirləri dərc olunub. 2002-ci ildə “Nə gözəldi bu dünya” adlı kitabı nəşr edilib.

 

Əlavə edək ki, A.Rəşid “Almaz” jurnalının baş redaktoru idi.

Tarix: 16 Yanvar 2026, 10:35   
Избранный
86
15
pravda.az

10Источники