RU

“Araz-Naxçıvan” daha bir yoxlama matçını keçirəcək

“Araz-Naxçıvan” futbol komandası daha bir yoxlama oyunu keçirəcək.

İdman.Biz xəbər verir ki, bu barədə “Araz-Naxçıvan” Peşəkar Futbol Klubu məlumat yayıb.

Andrey Demçenkonun baş məşqçisi olduğu kollektiv yanvarın 18-də Birinci Liqada iştirak edən “Zaqatala” ilə qarşılaşacaq.

Qeyd edək ki, oyun saat 13:00-da Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutacaq.

İdman.Biz
Избранный
141
4
idman.biz

10Источники