RU

"Araz-Naxçıvan" Birinci Liqa klubu ilə yoxlama oyunu keçirəcək

"Araz-Naxçıvan" futbol komandası daha bir yoxlama oyunu keçirəcək.

Apasport.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb.

Andrey Demçenkonun baş məşqçisi olduğu kollektiv yanvarın 18-də I Liqada iştirak edən "Zaqatala" ilə qarşılaşacaq.

Oyun saat 13:00-da Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutacaq.

Qeyd edək ki, daha əvvəl "Qəbələ"yə minimal hesabla uduzan "Araz-Naxçıvan" klubun əvəzedici komandasını 7 cavabsız qolla üstələyib.

“Qarabağ” bu gün iki oyun keçirəcək

"Neftçi"nin futbolçusu millidən çıxarılıb

Günün oyunları bu kanallarda

“Qarabağ” dünya reytinqində bir pillə geriləyib

Millimizin üzvü “Sumqayıt”da - RƏSMİ

Избранный
84
4
apasport.az

10Источники