RU

“Zirə” “Aleksandriya” ilə bacarmadı – ARENA.AZ

2025/2026 mövsümünün qalan hissəsinə Türkiyədə hazırlaşan “Zirə” təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Arena.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv bu gün Ukrayna təmsilçisi “Aleksandriya” ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib – 3:2. Azərbaycan təmsilçisinin qollarını 29-cu dəqiqədə Yeqor Boqomolski, 54-cü dəqiqədə isə Ceyhun Nuriyev vurublar.

“Qartallar” bu gün daha bir yoxlama oyununa çıxacaqlar. Belə ki, Rəşad Sadıqov yetirmələrini Çexiyanın “Bohemians 1905” komandası ilə qarşılaşacaq. Oyuna Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

Xatırladaq ki, “Zirə” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində keçirdiyi ilk yoxlama oyununda Rumıniyanın “Çiksereda” komandası ilə qarşılaşmış və məhsuldar heç-heçə ilə kifayətlənmişdi – 3:3.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
14
10
arena.az

10Источники