RU

Şəmkirdə ağır qəza: Ölən və xəsarət alan var - YENİLƏNİB

Şəmkirdə qəzada xəsarət alanlardan biri xəstəxanada ölüb.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq ağır xəsarət alan 1985-ci il təvəllüdlü R.Süleymanovun həyatını xilas etmək mümkün olmayıb.
 
Digər xəsarət alan 2001-ci il təvəllüdlü K.Məmmədovun vəziyyəti ağır olaraq qalır.
 
Faktla bağlı araşdırma aparılır.
 
09.07
 
Şəmkirdə minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
 
Hərəkətdə olan "Hyundai Elantra" markalı minik avtomobili idarəetmədən çıxıb, yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 1985-ci il təvəllüdü R.Süleymanov və 2001-ci il təvəllüdlü K.Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
 
Onların vəziyyətinin ağır olduğu bildirilir.
 
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
 
Faktla bağlı araşdırma aparılır.
 
Избранный
75
17
moderator.az

10Источники