RU

Şəmkir sakini bıçaqlandı

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Yeni Həyat kəndi yaxınlığında qeydə alınıb. Rayon sakini, 1985-ci il təvəllüdlü E. İsayev bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.

Xəsarət alan şəxs dərhal əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir. E. İsayevin hansı şəraitdə bıçaqlanması hələlik məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Избранный
101
3
konkret.az

6Источники