Bakı, 18 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində, metronun “Sahil” stansiyasının yaxınlığındakı dönərxanada yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən mlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.