RU

İndiyədək 4 uşaq əcnəbi və vətəndaşlığı olmayan şəxslərə övladlığa verilib

Bakı. Trend:

2019-cu ildən bu günədək 818 uşaq övladlığa verilib.

Trend xəbərverir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədriVüqar Behbudov bu gün Bakıda Sosial Xidmətlər Agentliyinin 2025-ciilin yekunlarına və qarşıda duran hədəflərə dair keçirilən mətbuatkonfransında bildirib.

Onun sözlərinə görə, onlardan 412-si oğlan, 406-sı qızdır.

"Himayədar ailə qayğı modeli tətbiq olunduğu dövrdən - 2023-cüilin noyabrından bu günədək 75 uşağın himayədar ailələrəyerləşdirilməsi barədə müqavilə imzalanıb. 2025-ci ildə isə 40 uşaqhimayədar ailələrə verilib, onlardan 20-si qız, 20-si oğlanolub.

Ötən il övladlığa verilən uşaqların sayı 149 olub, onlardan 71-iqız, 78-i isə oğlandır. Maraqlı bir faktı qeyd edim ki, övladlığaverilən uşaqlardan 3-ü əcnəbi və vətəndaşlığı olmayan şəxslərtərəfindən övladlığa götürülüb. 2019-cu ildən bu günədək isəümumilikdə 4 uşaq əcnəbi və vətəndaşlığı olmayan şəxslərə övladlığaverilib. Həmin şəxslər Almaniya, Serbiya və Rusiya vətəndaşlarıolub".

Məqalədə:
Избранный
127
6
az.trend.az

10Источники