RU

Serbiya Prezidenti WUF13-də iştirak üçün Azərbaycana səfər edəcək

Serbiya Prezidenti Aleksandr Vuçiç 13-cü Dünya Şəhərlər Forumunda (WUF13) iştirak etmək üçün mayın 17-də Azərbaycana səfər edəcək.

Bu barədə Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladislavleviç bildirib.

O qeyd edib ki, səfərin dəqiq tarixi 17 maydır və bu, WUF13 çərçivəsində baş tutacaq.

Səfirin sözlərinə görə, Serbiya Prezidenti artıq tədbirdə iştirakını təsdiqləyib:

“Nümayəndə heyətinin tərkibi hələ mənə məlum deyil, amma o, iştirakını təsdiqləyib”.

MənbəReport
Избранный
108
9
banker.az

10Источники