RU

Çin şirkətləri Azərbaycanda alüminium istehsalı sahəsində birgə layihələr həyata keçirəcəklər

Bakı. Trend:

Azərbaycan Çin şirkətləri ilə qarşılıqlı əməkdaşlığıngenişləndirilməsini, alüminium istehsalı sahəsində birgəlayihələrin həyata keçirilməsi imkanlarını müzakirə edib.

Trend bubarədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Belə ki ,iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Çin XalqRespublikasının “Wanji” və “Sunstone” şirkətlərinin rəhbərləri iləgörüşüb.

Qonaqlara ölkəmizdə əlverişli investisiya mühiti, sənayezonalarında yaradılmış infrastruktur, investorlar üçün təqdimolunan güzəştlər və dəstək mexanizmləri haqqında məlumat verilib.Bildirilib ki, Azərbaycan sənaye və texnologiya yönümlü layihələrinreallaşdırılmasına xüsusi önəm verir və xarici investorlarlauzunmüddətli əməkdaşlıqda maraqlıdır.

Görüşdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, alüminiumistehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanlarımüzakirə olunub.

Qeyd edək ki, Çində fəaliyyət göstərən “Wanji” şirkəti sənaye,nəqliyyat və texnoloji həllər sahəsində ixtisaslaşmış şirkətlərdənbiridir. Şirkət innovativ məhsul və xidmətlərin inkişafı, istehsalproseslərinin səmərəliliyinin artırılması və beynəlxalq bazarlardaəməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətgöstərir.

“Sunstone” şirkəti alüminium sənayesi üçün karbonmateriallarının (prebaked anode) tədqiqatı, istehsalı və satışı iləməşğuldur və hazırda Çinin bu sahədə mühüm ixracatçılarındanbiridir.

Məqalədə:
Избранный
34
13
az.trend.az

10Источники