RU

Yevgeni Kukseviç: “İşimiz çox, vaxtımız isə azdır” – ARENA.AZ

Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Yevgeni Kukseviç Bakıda təşkil olunmuş təlim-məşq toplanışını dəyərləndirib.

Arena.az xəbər verir ki, yanvarın 22-də və 24-də Bakı İdman Sarayında Danimrka yığması ilə yoxlama oyunları keçirəcək Azərbaycan millisi hazırlığını davam etdirir.

Yanvarın 18-də təlim-məşq toplanışına start vermiş komandamız oyuna qədər 6 məşq keçəcək. Daha çox standart vəziyyətlər üzərində çalışan futzalçılarımız gündə iki dəfə parket üzərinə çıxırlar. Bu gün millinin ilk 15 dəqiqəsi jurnalistlər üçün açıq məşqi, məşqdən əvvəl isə baş məşqçinin brifinqi keçirilib.

Yevgeni Kukseviç jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Yeni ildə belə geniş heyətlə ilk təlim-məşq toplanışımızdır. Yeni futzalçılar dəvət etmişik. Onlar perspektiv vəd edirlər. Təbii ki, onları növbəti oyunlara hazırlamağa çalışırıq.

Yoldaşlıq oyunlarında iştirak etməklə komandanı rəsmi görüşlərə hazırlamağa çalışırıq. Bilməliyik ki, rəsmi oyunlara kimlərlə çıxacağıq. Belə görüşlər keçirməklə gənc futzalçıları rəsmi matçlara hazırlamaq istəyirik. İşimiz çox, vaxtımız isə azdır”.

Final mərhələsi 2028-ci ildə keçiriləcək dünya çempionatının oyunlarına komandamız əsas mərhələdən başlayacaq. Apreldə ilkin mərhələnin görüşləri keçiriləcək, mayın 19-da isə 36 komandanın iştirak edəcəyi əsas mərhələnin püşkü atılacaq. Oyunlara isə bu ilin oktyabrda start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
35
7
arena.az

10Источники