RU

Ceymi Daymon: "Azərbaycanda sabit investisiya mühiti var"

Azərbaycanın beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi mövqeyi yüksək qiymətləndirilir.

"Report"un İsveçrəyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu ABŞ-nin "J.P. Morgan" şirkətinin sədri və baş icraçı direktoru Ceymi Daymon Davosda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

O qeyd edib ki, Azərbaycanda sabit investisiya mühiti var. C.Daymon həmçinin Azərbaycanın ardıcıl maliyyə siyasəti həyata keçirdiyini qeyd etdi.

O rəhbərlik etdiyi şirkətin Dövlət Neft Fondu ilə uzunmüddətli əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini, bu tərəfdaşlığın möhkəm institusional əsaslara söykəndiyini və onun daha da dərinləşdirilməsində maraqlı olduqlarını bildirdi.

"Cebheinfo.az"

Избранный
45
7
cebheinfo.az

8Источники