RU

Martin Satriano “Xetafe”də – ARENA.AZ

Futbol üzrə Uruqvay yığmasının və Lion “Olimpik”inin hücumçusu Martin Satriano bundan sonra “Xetafe”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

24 yaşlı oyunçunun icarə müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub. Müqavilənin şərtləri arasında uruqvaylı futbolçunun birdəfəlik transfer edilməsi bəndi də yer alıb.

Martin Satriano Uruqvayın “Nasyonal” klubunun yetirməsidir. O, karyerası ərzində “İnter”, “Brest”, “Empoli”, “Lans” kimi klubların da şərəfini qoruyub. 2025-ci ildən Lion “Olimpik”ində çıxış edən futbolçunun Fransa klubu ilə uzunmüddətli müqaviləsi var. O, Liqa 1 təmsilçisinin heyətində bütövlükdə 19 oyuna çıxıb, 3 qol və 1 assistlə yadda qalıb.

Hücumçu 2022-ci ildə debüt etdiyi Uruqvay milli komandasında 1 oyun keçirib.

“Transfermarkt” internet-portalı 24 yaşlı hücumçunun transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
35
24
arena.az

10Источники