RU

Cek Harrison “Fiorentina”ya üz tutdu – ARENA.AZ

İngiltərənin “Lids” klubunun 29 yaşlı cinah hücumçusu Cek Harrison bundan sonra “Fiorentina”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

A Seriyası təmsilçisi ingilis futbolçunu cari mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. “Fiorentina” yarım mövsümlük icarə üçün “Lids”ə 1 milyon avro ödəyib.

Cek Harrison “Liverpul” və “Mançester Yunayted” kimi klubların futbol məktəbindən keçib. İngilis vinger karyerası ərzində “Nyu York Siti”, “Mançester Siti”, “Midlsbro”, “Everton” kimi klubların da formasını geyinib. O, 2021-ci ildən “Lids”in sıralarındadır. Harrisonun İngiltərə klubu ilə 2028-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Vinger “Lids”in heyətində 219 oyun keçirib, 34 qol və 32 məhsuldar ötürmə müəllifi olub.

Cek Harrison İngiltərənin U-21 yığmasında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 29 yaşlı vingerin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
10
24
arena.az

10Источники