RU

Sadio Mane – Afrika Millətlər Kubokunun ən yaxşı oyunçusu! – ARENA.AZ

Futbol üzrə Seneqal yığmasının və “Əl-Nəsr”in hücumçusu Sadio Mane olub Afrika Millətlər Kubokunun ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə turnirin mətbuat xidmətinə istinadən xəbər verir.

33 yaşlı hücumçu Mərakedə təşkil edilmiş turnirdə 2 qol vurub və 3 məhsuldar ötürmə verib.

Xatırladaq ki, Afrika Millətlər Kubokunu Seneqal millisi qazanıb. Komanda final matçında Mərakeşə 1:0 hesabı ilə qalib gəlib.

Sadio Mane 2023-cü ilin avqust ayında “Bayern”dən ayrılaraq 30 milyon avro məbləğ müqabilində Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçib. Manenin “Əl-Nəsr”lə müaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Mane “Əl-Nəsr”in heyətində 17 oyuna çıxıb, 6 qol vurub, 6 məhsuldar ötürmə verib.

Manenin “Nəcd cəngavərləri”nin heyətində çıxışının ümumi mənzərəsi 110 oyun, 43 qol və 31 məhsuldar ötürmədən ibarətdir.

Sadio Mane 2012-ci ilin may ayında debüt etdiyi Seneqal yığmasının heyətində 124 oyuna çıxıb, 52 qol vurub, 28 məhsuldar ötürmə verib. Sadio “Teranqa şirləri” ilə 2 dəfə Afrika Millətlər Kubokunun (2022, 2025) qalibi olub.

“Transfermarkt” internet-portalı 33 yaşlı seneqallı cinah hücumçusunun transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
30
24
arena.az

10Источники