RU

Tramp: “Əminəm ki, Qrenlandiya xalqı çox sevinəcək”

Düşünürəm ki, Qrenlandiya məsələsi ilə bağlı görəcəyimiz işdən həm NATO, həm də biz məmnun olacağıq.

Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp brifinqdə deyib.

O bildirib ki, Qrenlandiya milli təhlükəsizlik və hətta qlobal təhlükəsizlik üçün çox vacibdir.

Tramp Qrenlandiya xalqının ABŞ-ın Arktika ərazisini əldə etməsini dəstəkləyəcəyini bildirib.

"Mən onlarla danışmamışam. Onlarla danışanda əminəm ki, çox sevinəcəklər", - deyə Tramp əlavə edib.

Bizim.Media

Избранный
18
2
bizim.media

4Источники