RU

Azərbaycan millisi Şəkidə təlim-məşq toplanışına başladı

Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan millisi Şəkidə təlim-məşq toplanışına başlayıb.

Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti yayıb.

Şəki Olimpiya İdman Kompleksində keçirilən 14 günlük hazırlıq mərhələsində əsas diqqət idmançıların ümumi fiziki hazırlığının yüksəldilməsinə yönəldilib.

Təlim-məşq prosesi böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi ilə keçirilir.

Toplanışın əsas məqsədi yığma üzvlərinin fiziki hazırlıq səviyyəsinin artırılması, funksional dayanıqlığın gücləndirilməsi və qarşıdakı beynəlxalq yarışlara optimal formada hazırlaşmalarının təmin edilməsidir.

Избранный
32
7
fanat.az

8Источники