RU

Azərbaycanda 3 bankın qiymətli kağızlara yatırımları 1 milyard manatdan yüksəkdir

2025-ci ilin yekunlarına (31 dekabr vəziyyətinə) əsasən, Azərbaycanda fəaliyyət göstərən bankların qiymətli kağızlar portfelinin həcmi açıqlanıb.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə qiymətli kağızlar bazarına ən çox investisiya yatıran banklar məlum olub.

Renkinqə "Azərbaycan Beynəlxalq Bankı" ASC başçılıq edir. Bankın qiymətli kağızlar portfeli 3 milyard 295 milyon 76 min manat təşkil edib.

İkinci yerdə "PAŞA Bank" ASC qərarlaşıb – bankın bu istiqamətdə yatırımları 2 milyard 596 milyon 50 min manat olub.

"Kapital Bank" ASC 2 milyard 570 milyon 865 min manat göstərici ilə üçüncü sırada yer alıb.

Digər bankların göstəriciləri aşağıdakı kimidir:

"Xalq Bank" ASC-nin qiymətli kağızlar portfeli 218 milyon 102 min manat təşkil edib və dördüncü olub. "Azər Türk Bank" ASC 189 milyon 781 min manat, "Bank Respublika" ASC isə 138 milyon 773 min manat həcmlə siyahıda yer alıb.

"Rabitəbank" ASC 115 milyon 34 min manat göstərici ilə yeddinci yerdə qərarlaşıb.

Siyahının ilk onluğunu "Ziraat Bank Azərbaycan" ASC (95 milyon 374 min manat), "Bank of Baku" ASC (81 milyon 654 min manat) və "Unibank KB" ASC (69 milyon 485 min manat) tamamlayır.

Siyahının sonrakı pillələrində "Yapı Kredi Bank Azərbaycan" QSC (55 milyon 491 min manat), "AccessBank" QSC (42 milyon 792 min manat), "Expressbank" ASC (39 milyon 738 min manat) və "Yelo Bank" ASC (31 milyon 804 min manat) yer alıb.

Renkinqi "Premium Bank" ASC (16 milyon 921 min manat), "TuranBank" ASC (16 milyon 147 min manat) və "Bank VTB (Azərbaycan)" ASC (9 milyon 920 min manat) davam etdirir.

Portfeli ən kiçik olanlar isə "AFB Bank" ASC (500 min manat) və "Bank Avrasiya" ASC-dir (301 min manat).

"Bank Melli İran" Bakı filialı, "Azərbaycan Sənaye Bankı" ASC və "Bank BTB" ASC-nin qiymətli kağızlar portfeli olmayıb (0 manat).

Избранный
3
1
fed.az

6Источники