RU

Azərbaycan Cənubi Qafqazı bərpa olunan enerji mənbələrinin habına çevirir - investorlar üçün qarşılıqlı faydalı tərəfdaşlıq

Bakı. Trend:

Ənənəvi olaraq neft və qaz hasilatı ilə assosasiyası olunanAzərbaycan iqtisadiyyatını şaxələndirmək və ölkəni regional “yaşıl”enerji habına çevirmək potensialına malik bərpa olunan enerjiinfrastrukturu yaratmaq istiqamətində strateji bir addım atır.

Ölkə artıq xarici şirkətlərin iştirakı ilə iki iri bərpa olunanenerji layihəsini reallaşdırıb. 8 yanvar 2026-cı ildə SəudiyyəƏrəbistanı şirkəti “ACWA Power” tərəfindən inşa edilən və 240 MVtquraşdırılmış gücə malik “Xızı–Abşeron” külək elektrik stansiyasırəsmi olaraq istifadəyə verilib. Onun illik elektrik enerjisiistehsalı 1 milyard kVt·saat səviyyəsində proqnozlaşdırılır ki, buda 220 milyon kubmetr təbii qazın qənaətinə və 400 mindən tondançox CO₂ emissiyasının qarşısının alınmasına imkan verəcək. BƏƏ-ninMasdar şirkəti ilə birgə həyata keçirilən və 26 oktyabr 2023-cüildə istifadəyə verilmiş 230 MVt gücə malik “Qaradağ” günəşelektrik stansiyası isə ildə təxminən 500 milyon kVt·saat elektrikenerjisi istehsal edir ki, bu da 110 milyon kubmetr təbii qazınqənaətinə və 200 min ton CO₂ emissiyasının qarşısının alınmasınabərabərdir.

Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” tədbirindəçıxış edən Prezident İlham Əliyev Azərbaycanın bərpa olunan enerjisahəsində ambisiyalı planlarını qeyd edib.

“Növbəti 6 il ərzində Günəş və külək enerjisi üzrə istehsalgücümüzü əhəmiyyətli dərəcədə artıracağıq. Başqa sözlə, 2032-ci iləqədər Günəş və külək enerjisi üzrə 8 giqavat güc əldə etməyigözləyirik. Günəş və külək potensialımız çoxdur və biz böyükimkanlar görürük. Biz artıq bir neçə layihə üzrə müqavilələrbağlamışıq və hazırda enerji toplanması qurğuları barədə düşünürük.İlk yer artıq müəyyən edilib”,- deyə Prezident İlham Əliyevbildirib.

Sənayenin inkişaf proqnozlarına görə, bərpa olunan enerjimənbələrinin elektrik enerjisi istehsalındakı payı 2027-ci ilədək25%-ə, 2030-cu ilədək isə 30%-ə çatacaq. Proqramın birincimərhələsi, 2027-ci ilin sonuna qədər, prioritet daxili istehlakaverilməklə təxminən 2 QVt gücün istifadəyə verilməsini nəzərdətutur . Növbəti illərdə isə 6 QVt-dan çox gücün əlavə olunmasıplanlaşdırılır və bunun əsas məqsədi isə elektrik enerjisininixracı və data mərkəzlərinin enerji təchizatıdır ki, bu da Avropavə beynəlxalq investorlar üçün əlverişlidir.

Ən iri layihələr arasında aşağıdakılar yer alır:

• Cəbrayıl rayonunda BP ilə birgə həyata keçirilən “Şəfəq” günəşelektrik stansiyası (240 MVt). Burada “virtual enerji ötürülməsi”modeli tətbiq olunur: elektrik enerjisi Bakıya yönləndirilir, yerliistehsal isə illik 260–330 min ton CO₂ emissiyasının azaldılmasınaimkan verir. Layihəyə ümumi investisiya 200 milyon ABŞ dollarıtəşkil edir.

• Masdar şirkətinin “Mega” layihəsi: Biləsuvar Günəş ElektrikStansiyası (445 MVt), Neftçala Günəş Elektrik Stansiyası (315 MVt)və Abşeron ilə Qaradağda 240 MVt-lıq külək stansiyası. BiləsuvarGünəş Elektrik Stansiyasında 943 mindən çox günəş paneliquraşdırılması planlaşdırılır və illik istehsal ölkənin elektrikenerjisinə olan tələbatının 4–5%-ni ödəyəcək.

• “Universal International Holdings Limited” (Çin) tərəfindənhəyata keçirilən “Qobustan” Günəş Elektrik Stansiyası 100 MVt,illik istehsalı təxminən 260 milyon kVt·saat təşkil edir, bu isə 57milyon kubmetr qazın qənaətinə və CO₂ emissiyasının 124 min tonaqədər ixtisarına imkan verir.

• Cəbrayıl rayonunda “Nobel Energy” ilə birgə həyata keçirilənhər biri 50 MVt-lıq “Üfüq” və “Şəms” stansiyaları illik 206 milyonkVt·saat elektrik enerjisi istehsal edəcək və 44 milyon kubmetrqazın qənaətini təmin edəcək.

Bu layihələr xarici investisiyaların artıq bərpaolunan enerjimənbələrinin inkişafına aktiv şəkildə cəlb olunduğunu göstərir.

Prezident İlham Əliyev qeyd edib: “Hesab edirəm ki, bu günAzərbaycana faydalı qazıntı növlərinə, bərpaolunan enerjiyə, süniintellektə və məlumatlar mərkəzlərinə sərmayə qoyuluşu Avropaşirkətlərinin marağındadır”.

İzafi güclər Azərbaycani xüsusilə investorlar üçün , o cümlədənməlumat mərkəzləri və rəqəmsal infrastrukturla maraqlananlar üçüncəlbedici edir.

Bərpa olunan enerji sahəsinin inkişafı beynəlxalq “yaşıl” enerjidəhlizlərinin formalaşması ilə sıx bağlıdır: Xəzər dənizi – Qaradəniz – Avropa, Mərkəzi Asiya – Azərbaycan, Azərbaycan – Türkiyə –Avropa və Azərbaycan – Türkiyə – Gürcüstan – Bolqarıstan. Bumarşrutlar ölkənin “təmiz” enerji üzrə tranzit və ixrac habı kimirolunu gücləndirir, regional inteqrasiya imkanlarını açır vəAvropanın neft-qaz asılılığını azaltmağa xidmət edir.

İqtisadi səmərəlilik baxımından, bərpaolunan enerji layihələriqarşılıqlı faydalı “win-win” vəziyyəti yaradır: Azərbaycaniqtisadiyyatın şaxələndirilməsini, texnoloji və investisiyaaxınlarını əldə edir, beynəlxalq investorlar isə stabil, ucuz vətəmiz enerjiyə, yüksək ixrac potensialına çıxış əldə edir. Aİ-niniqlim hədəfləri və qlobal yaşıl enerji tələbi fonunda, CənubiQafqaz, Azərbaycanın mərkəzi rolunu oynadığı bölgə kimi, tədricənəsas regional qovşağa çevrilir.

Azərbaycan strateji baxış və ölkəni bərpa olunan enerji üzrəregional liderə çevirməyə hazır olduğunu nümayiş etdirir. 2032-ciilə dair genişmiqyaslı planlar, xarici investorların iştirakı,beynəlxalq dəhlizlərin inkişafı və ixrac prioritetləri ilə ölkəbölgə və Avropa üçün dayanıqlı iqtisadi artım və dayanıqlı enerjitəhlükəsizliyi üçün platforma yaradır.

Избранный
43
50
az.trend.az

10Источники