RU

Hədəfimiz əmək münasibətlərinə nəzarətin rəqəmsallaşdırılmasıdır - Vəli Quliyev

Bakı. Trend:

Mühüm hədəf əmək münasibətlərinin tənzimlənməsi və bu sahəyənəzarətin mərhələli şəkildə rəqəmsallaşdırılmasıdır.

Trend xəbərverir ki, bu fikirləri Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisiVəli Quliyev “Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrəgördüyü işlər və 2026-cı il üçün hədəfləri” mövzusunda keçirilənmətbuat konfransında çıxış edərkən deyib.

O bildirib ki, bu çərçivədə kadr kargüzarlığının tamelektronlaşdırılması, risk əsaslı və preventiv nəzarət modellərinintətbiqi, qeyri-formal məşğulluğa nəzarət üzrə vahid elektronmexanizmlərin formalaşdırılması nəzərdə tutulur.

“Eyni zamanda vətəndaşların və işəgötürənlərin Dövlət ƏməkMüfəttişliyi Xidməti ilə əlaqələrinin daha da genişləndirilməsi vəəlçatanlığın təmin edilməsi prioritet olaraq müəyyən edilib.

Bununla yanaşı, əmək qanunvericiliyinin beynəlxalq standartlarauyğunlaşdırılması, işəgötürənlərə metodiki dəstəyingücləndirilməsi, maarifləndirmə və beynəlxalq əməkdaşlığıngenişləndirilməsi diqqət mərkəzində saxlanılacaq”.

Избранный
157
1
az.trend.az

2Источники