RU

Azərbaycanın 5 bankında şirkətlər 1 milyard manatdan yüksək əmanət yerləşdirib

2025-ci ilin yekunlarına (31 dekabr vəziyyətinə) əsasən, Azərbaycanda fəaliyyət göstərən banklarda hüquqi şəxslərin (biznes və korporativ müştərilərin) depozitlərinin həcmi açıqlanıb.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə şirkətlərin ən çox vəsait yerləşdirdiyi banklar məlum olub.

Renkinqə "PAŞA Bank" ASC başçılıq edir. Bankda hüquqi şəxslərin depozitləri 5 milyard 595 milyon 661 min manat təşkil edib.

İkinci yerdə "Azərbaycan Beynəlxalq Bankı" ASC qərarlaşıb – dövlət bankının korporativ depozit portfeli 5 milyard 488 milyon 603 min manat olub.

"Kapital Bank" ASC 5 milyard 151 milyon 830 min manat göstərici ilə üçüncü sırada yer alıb.

Milyardlıq həddi keçən digər banklar isə "Azər Türk Bank" ASC (1 milyard 322 milyon 173 min manat) və "Xalq Bank" ASC-dir (1 milyard 86 milyon 340 min manat).

Digər bankların göstəriciləri aşağıdakı kimidir:

"Bank Respublika" ASC-də 753 milyon 432 min manat, "Ziraat Bank Azərbaycan" ASC-də isə 490 milyon 775 min manat hüquqi şəxs depoziti qeydə alınıb.

"Yapı Kredi Bank Azərbaycan" QSC 431 milyon 333 min manat göstərici ilə səkkizinci yerdə qərarlaşıb. "Unibank KB" ASC 288 milyon 870 min manat həcmlə siyahıda yer alıb.

Siyahının ilk onluğunu "Rabitəbank" ASC (246 milyon 754 min manat) tamamlayır.

Depozit portfeli 100 milyon manatdan çox olan digər banklar "AccessBank" QSC (239 milyon 194 min manat), "Yelo Bank" ASC (163 milyon 783 min manat), "Azərbaycan Sənaye Bankı" ASC (161 milyon 604 min manat) və "AFB Bank" ASC-dir (112 milyon 189 min manat).

Siyahının sonrakı pillələrində "Premium Bank" ASC (89 milyon 80 min manat), "TuranBank" ASC (79 milyon 243 min manat), "Bank of Baku" ASC (70 milyon 896 min manat) və "Expressbank" ASC (51 milyon 681 min manat) yer alıb.

Renkinqi "Bank Melli İran" Bakı filialı (37 milyon 101 min manat), "Bank VTB (Azərbaycan)" ASC (26 milyon 552 min manat) və "Bank Avrasiya" ASC (10 milyon 134 min manat) tamamlayır.

Избранный
9
1
fed.az

7Источники