RU

“Barselona” ÇL-də antirekord müəyyənləşdirdi – ARENA.AZ

Futbol üzrə İspaniya çempionu “Barselona” mübarizə apardığı UEFA Çempionlar Liqasında yeni antirekorda imza atıb.

Arena.az xəbər verir ki, UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 7-ci turunun oyunları keçirilib.

Kataloniya nəhəngi bu tur çərçivəsində Çexiyanın “Slaviya” (Praqa) komandası ilə qarşılaşıb. Oyun erkən buraxılmış qolla başlasa da, “Barsa” tez toparlanaraq nəinki hesabı bərabərləşdirib, hətta matçı qələbə (4:2) ilə başa vurmağı bacarıb. Bununla belə, İspaniya təmsilçisi yenə də qapısını toxunulmaz saxlaya bilməyib.

Beləliklə, “Barsa” ardıcıl 10-cu oyundur ki, avrokuboklarda qol buraxır. Bu göstərici klub tarixində Avropa turnirlərində qeydə alınmış ən uzun seriyadır və antirekord kimi tarixə düşüb.

Xatırladaq ki, “Barselona” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu turunda “Kopenhagen”lə üz-üzə gələcək. Sözügedən komanda 7 tur ərzində topladığı 13 xalla 9-cu pillədə qərarlaşıb. Katalonların top fərqi isə belədir – 18:13.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
21
5
arena.az

10Источники