RU

Füzuli Məmmədov rəsmən “Karvan”da! – ARENA.AZ

Ötən ilin sonundan “Karvan”a rəhbərlik edən Füzuli Məmmədov bu gün rəsmən Yevlax təmsilçisinə baş məşqçi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə Yevlax klubunun mətbuat xidməti məlumat yayıb.

Rəsmi açıqlamada bunlar qeyd edilib:

“Klubumuzda yeni baş məşqçi təyinatı reallaşıb. Klub rəhbərliyinin qərarına əsasən bir müddət komandamızda məşqçi kimi fəaliyyət göstərən Fizuli Məmmədov mövsümün sonunadək öz məşqçi heyəti ilə birlikdə “Karvan”ın baş məşqçisi vəzifəsinə təyin olunub. Bu təyinat təsadüfi deyil. Fizuli Məmmədovun xarakteri, mübariz ruhu və futbol fəlsəfəsi Karvanın ruhu ilə üst-üstə düşür. Qarşıdakı dövrdə komandamızdan yalnız nəticə deyil, meydanda xarakter, əzm və qalibiyyətə inam görəcəyik.

“Karvan” Futbol Klubu olaraq məqsədimiz aydındır: güclü komanda qurmaq, azarkeşlərimizin etimadını doğrultmaq və Karvan adını layiq olduğu yerə qaytarmaq. Bu yolda Fizuli Məmmədov və onun məşqçi heyətinə tam etibar edirik.

Yeni baş məşqçimizə bu məsuliyyətli və şərəfli yolda uğurlar arzulayır, “Karvan” ailəsini böyük qələbələrin gözlədiyinə inanırıq”.

Xatırladaq ki, Füzuli Məmmədov “Karvan”da ötən ilin sonunda istefaya göndərilmiş Azər Həşimovu əvəz etmişdi. Amma klub Həşimova təzminat ödəyə bilmədiyi üçün yeni baş məşqçinin təyinatı da yubanırdı. Bir neçə gün öncə Azər Həşimovla problemini yoluna qoymuş Yevlax təmsilçisi nəhayət yeni baş məşqçi təyinatını da rəsmən açıqladı.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
9
4
arena.az

10Источники