RU

Premyer Liqa: 2026-cı ilin ilk oyununda qalib müəyyənləşmədi – ARENA.AZ

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün qış fasiləsinə yekun vurulub.

Arena.az xəbər verir ki, 2026-cı ilə təsadüf edən ilk oyunda “İmişli” “Araz-Naxçıvan”ı sınağa çəkib.

Qubada baş tutmuş qarşılaşmanı İnqilab Məmmədov idarə edib. Dörd qolun qeydə alındığı görüşdə qalib müəyyənləşməyib.

Premyer Liqa
17-ci tur
23 yanvar

“İmişli” – “Araz-Naxçıvan” 2:2
Qollar: Luis Silvestr, 5. Dioqo Almeyda, 84 – Çarlz Boli, 14. Ramon Maçado, 90+2.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Əli Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 21. Abbas Ağazadə, 94. Rafael Vyeqas, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 6. Yav Mozes, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 77. Elmir Rəhimzadə, 97. Xəzər Mahmudov, 5. İdris İnqilablı, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 10. Nikola Karaklaiç.
Baş məşqçi: Xorxe Kaskilya.

Araz-Naxçıvan: 94. Tərlan Əhmədli, 34. Ürfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 24. Mustafa Əhmədzadə, 6. Patrik Andrade, 7. Hamidu Keyta, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 70. Çarlz Boli.
Ehtiyat oyunçular: 12. Kristian Avram, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 19. Bar Kohen.
Baş məşqçi: Andrey Demçenko.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
54
19
arena.az

10Источники