Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 17-ci turunun oyunları keçirilir.
Arena.az xəbər verir ki, 2026-cı ilə təsadüf edən ilk turun ikinci oyun gününə Şamaxıda start verilib.
“Şamaxı” doğma meydanda “Qəbələ” ilə üz-üzə gəlib. Şamaxı şəhər stadionunda təşkil edilmiş qarşılaşmanı Rəşad Əhmədov idarə edib. Qonaqlar bu görüşdə gözlənilməz hesabla (4:0) qalib gəliblər.
Premyer Liqa
17-ci tur
24 yanvar
“Şamaxı” – “Qəbələ” 0:4
Qollar: Domi Massumo, 45. İsaak Amoa, 46. İsmael Akinade, 81. Fərid İsgəndərov, 90+4.
Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Teymur Teymurov, Əkbər Əhmədov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı şəhər stadionu, 14:00.
Şamaxı: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov, 9. Karim Rossi, 10. Andrey Tirkovyanu, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 97. Oruc Məmmədov, 48. Ramiz Muradov, 14. Ravil Qafarov, 3. Vladislav Veremeyev, 6. Antonio Lara, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Ayxan Abbasov.
Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 3. Eduardo Kunde, 16. İsaak Amoa, 14. Domi Massumo, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 70. Paulo Kimbila.
Məşqçi: George Çixradze.
