İngiltərənin “Arsenal” klubunun yarımmüdafiəçisi İtan Nvaneri bundan sonra Marsel “Olimpik”inin uğurları üçün çalışacaq.
Arena.az bu barədə Fransa klbunun mətbuat xidmətinə istinadən məlumat verir.
Liqa 1 təmsilçisi 18 yaşlı futbolçunu icarə müqaviləsi əsasında heyətinə qatıb. Marsel klubu Nvaneri ilə 2025/2026-cı illər mövsümünün sonuna qədər müqavilə bağlayıb.
Xatırladaq ki, İtan Nvaneri “Arsenal”ın məzunudur. İngiltərəli futbolçu bu mövsüm topçuların heyətində 12 oyuna çıxıb, 1 qola imza atıb. Yarımmüdafiəçinin London klubunun heyətindəki ümumi statistikası belədir – 51 oyun, 10 qol və 2 məhsuldar ötürmə.
Nvaneri İngiltərənin U-16, U-17, U-18, U-19 və U-21 komandalarına cəlb edilib, “üç şir”in əsas yığmasına isə çağırış almayıb.
“Transfermarkt” internet-portalı 18 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.
