“Sumqayıt” 2025/26 mövsümünün ikinci yarısı üçün növbəti futbolçu keçidini gerçəkləşdirib.
"Football-plus.az" xəbər verir ki, "gənclik şəhəri"nin təmsilçisi müqavilə ilə Ukraynanın “Polessye" komandasına məxsus olan Danilo Beskorovaynıyı mövsümün sonuna qədər icarəyə götürüb. 26 yaşlı mərkəz müdafiəçisi “Sumqayıt”ın heyətində 33 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Danilo Beskorovaynıy karyerası ərzində “Polessye” ilə yanaşı Ukraynanın “Volın”, “Krivbas”, Litvanın “Atlantas”, Slovakiyanın “Mixalovtse”, “Dunayska Streda”, Qazaxıstanın “Astana” komandalarında çıxış edib. O, Ukraynanın U-20 millisində 9 oyun keçirib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта