RU

Danilo Beskorovaynı rəsmən “Sumqayıt”da! – ARENA.AZ

Ukraynanın “Polesye” klubunun mərkəz müdafiəçisi Danilo Beskorovaynı bundan sonra “Sumqayıt”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Azərbaycan klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, “Sumqayıt” 2025/2026-cı illər mövsümünün ikinci yarısı üçün növbəti futbolçu keçidini gerçəkləşdirib. “Gənclik şəhəri” təmsilçisi müqavilə ilə Ukraynanın “Polesye” klubuna məxsus olan Danilo Beskorovaynını mövsümün sonuna qədər icarəyə götürüb. 26 yaşlı mərkəz müdafiəçisi “Sumqayıt”ın heyətində 33 nömrəli formada çıxış edəcək.

Danilo Beskorovaynı karyerası ərzində “Polesye” ilə yanaşı Ukraynanın “Volın”, “Krivbass”, Litvanın “Atlantas”, Slovakiyanın “Mixalovtse”, “Dunayska Streda”, Qazaxıstanın “Astana” klublarında çıxış edib. O, Ukraynanın U-20 millisində 9 oyun keçirib.

Xatırladaq ki, “Sumqayıt” bir neçə gün öncə “Polesye” klubunda çıxış edən Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayevi də icarəyə götürdüyünü açıqlamışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
51
19
arena.az

10Источники