Zaqatalada yaşayış evində yanğın olub.
KONKRET.az xəbər verir ki, hadisə rayonun Yengiyan kəndində 1984-cü il təvəllüdlü Hilalova Elnarə Osman qızına məxsus fərdi yaşayış evində baş verib.
Yanğın yerinə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 150 k/m olan fərdi yaşayış evinin 100 k/m hissəsi yanıb, evin qalan hissəsi isə yanğından mühafizə olunub.