RU

Bakıda dəhşətli yanğın: bacı qardaşın meyiti evdə aşkarlandı (Yenilənib)

Mia.az saytına istinadən ain.az xəbər verir.

Bakının Səbail rayonunda yanğın baş verən evdən iki nəfərin yanmış meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Mia.az-a bildirilib ki, üçmərtəbəli fərdi yaşayış evinin həyətyanı ərazisində ümumi sahəsi 40 m² olan birmərtəbəli, 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 2 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Ötən gün Səbail rayonu, Badamdar qəsəbəsi, 17-ci küçədə yaşayan 1956-cı il təvəllüdlü Nəbiyeva Rəna Mahmud qızı və qardaşı- 1951-ci il təvəllüdlü Nəbiyev Firidun Mahmud oğlu yaşadıqları evin mətbəxində baş vermiş yanğın nəticəsində ölüblər.

Faktla bağlı FHN-in Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
18
5
mia.az

9Источники