RU

Ötən ildə Azərbaycan neftinin ən çox idxal edən ölkələrin adları açıqlandı

Bakı. Trend:

2025-ci ildə Azərbaycan 12,1 milyard dollardan çox dəyərindətəxminən 23,4 milyon ton xam neft və neft məhsulları ixracedib.

Bu barədə TrendDövlət Gömrük Komitəsinə istinadən məlumat verib.

Məlumata əsasən, 2024-cü ilin analoji dövrü ilə müqayisədə pulifadəsində göstərici 2,3 milyard dollar (16,2 faiz) azalıb, həcmifadəsində isə 215 min ton (0,9 faiz) artıb.

Yanvar–noyabr aylarında Azərbaycan neftinin əsas idxalçılarıarasında ilk üçlükdə İtaliya liderdir (13,1 milyon ton, 6,7 milyarddollar dəyərində), onun ardınca Çexiya (1,4 milyon ton, 742,2milyon dollar dəyərində) və Xorvatiya (1,3 milyon ton, 666,6 milyondollardan çox dəyərində) olub.

Cədvəldə 2025-ci ildə Azərbaycandan xam neft və neftməhsullarının ən böyük 10 idxalçısı göstərilib:

Ölkə

İdxal həcmi

İdxal məbləği (ABŞ dolları ilə)

İtaliya

13 111 475,61

6 727 698 250

Çexiya

1 405 059,25

742 159 080

Xorvatiya

1 255 021,16

666 587 010

Rumıniya

1 122 055,58

598 454 150

Almaniya

956 716,48

502 018 650

Portuqaliya

803 374,35

430 730 820

Yunanıstan

702 354,87

367 729 040

Böyük Britaniya

648 255,19

336 954 560

İrlandiya

577 056,93

289 696 230

Tunis

432 028,56

227 895 520

Qeyd edək ki, Azərbaycan nefti qonşu ölkələrə və dünyabazarlarına üç boru kəməri ilə nəql olunur: Bakı-Novorossiysk,Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan (BTC). Hazırda Bakı-Supsa borukəməri ilə daşınma dayandırılıb.

Избранный
127
4
az.trend.az

10Источники