İtaliyanın “Napoli” klubunun hücumçusu Lorentso Lukka bundan sonra “Nottingem Forest”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
25 yaşlı hücumçu icarə müqaviləsi əsasında Premyer Liqa təmsilçisinə qoşulub. Tərəflər arasında müqavilə 2025/2026-cı illər mövsümünün sonuna qədərdir. Razılaşmada İngiltərə təmsilçisinin oyunçunun transfer hüquqlarını almaq seçimi də var.
“Napoli” Lukkanı “Udineze”dən icarə müqaviləsi əsasında heyətinə qatsa da, bu ilin əvvəlində 26 milyon avro ödəməklə onun transfer hüquqlarını da almışdı. Lukka cari mövsümdə 23 matça çıxıb, 2 qol vurub.
Lorentso Lukka “Torino”nun məzunudur. Hücumçu, karyerası ərzində “Viçentsa”, “Palermo”, “Piza”, “Ayaks” (icarə) və “Udineze”də çıxış edib.
Lorentso Lukka 2024-cü ilin oktyabr ayında debüt etdiyi İtaliya yığmasının heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 5 oyun keçirib.
“Transfermarkt” internet-portalı 25 yaşlı italyan mərkəz hücumçusunun transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.
