RU

Gültəkin Məmmədova dəm qazından zəhərləndi

Sumqayıtda dəm qazından zəhərlənmə faktları qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, hadisələr şəhərin 18-ci məhəllə ərazisində baş verib. Məlumata görə, 1987-ci il təvəllüdlü Məmmədova Gültəkin Nofəl qızı hamam otağında dəm qazından zəhərlənib. Zərərçəkənin vəziyyəti orta-ağır qiymətləndirilir. O, hazırda Sumqayıt şəhər travmatologiya şöbəsinin təcili yardım bölməsində müalicə alır.

Digər hadisə isə 18-ci mikrorayon ərazisində qeydə alınıb. 1975-ci il təvəllüdlü Qurbanova Röya Vilayət qızı hamam otağında dəm qazından zəhərlənib.

Onun vəziyyətinin ağır olduğu bildirilir və zərərçəkən Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Избранный
86
4
nocomment.az

5Источники