Gecə saatlarında Qəbələdə ağır yol qəzası baş verib.
Paralel.az xəbər verir ki, saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələnin Nic qəsəbəsindən keçən hissəsində “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə sürücü 28 yaşlı Mətin İbrahimov hadisə yerində ölüb, sərnişini, 2000-ci il təvəllüdlü Kənan Zakirzadə xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта