RU

İmam olmaq istəyənlər üçünMüsahibə

İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, vakant vəzifələr aşağıdakılardır:

İmam vəzifəsi üzrə:

1. Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsi “Şeyx Sədrəddin Badikubi” məscidi – 1 yer

2. Bakı şəhəri, Qaradağ rayonu Ələt qəsəbə məscidi – 1 yer

3. Bakı şəhəri, Qaradağ rayonu Qobustan qəsəbəsi, “Şamlı” məscidi – 1 yer

4. Bakı şəhəri, Yasamal rayonu “Yasamal Hüseyniyyəsi” ibadət evi – 1 yer

5. Qusar şəhəri “Mustafa Kazdal” məscidi – 1 yer

6. Siyəzən rayonu Sədan kəndi “Cümə” məscidi – 1 yer

7. Şirvan şəhəri "Zeynəlabidin" məscidi – 1 yer

8. Şirvan şəhəri “Cümə” məscidi – 1 yer

9. Salyan şəhəri “Beytül Əli” məscidi – 1 yer

10. Salyan rayonu Xıdırlı kənd məscidi – 1 yer

11. Biləsuvar şəhəri “İmam Zaman” məscidi – 1 yer

12. Şəki rayonu Şin kənd məscidi – 1 yer

13. Gəncə şəhər “Qırıxlı” məscidi – 1 yer

14. Kürdəmir rayonu Sığırlı kənd “Fatimeyi Zəhra” məscidi – 2 yer

15. İsmayıllı rayonu Lahıc qəsəbəsi “Bədöyün” məscidi – 1 yer

16. Astara rayonu Sım kənd məscidi – 1 yer

17. İmişli şəhəri “İmam Əli” məscidi – 1 yer

İmam müavini vəzifəsi üzrə:

Bakı şəhəri, Xəzər rayonu Qala qəsəbəsi “Cümə” məscidi – 1 yer

Bakı şəhəri, Qaradağ rayonu Sahil qəsəbə məscidi – 1 yer

Bakı şəhəri, Xəzər rayonu Zirə qəsəbəsi “Cümə” məscidi – 1 yer

Bakı şəhəri Binəqədi rayonu Əliçıraq yaşayış massivi “Əliçıraq” məscidi – 1 yer

Xızı şəhər məscidi – 1 yer

Abşeron rayonu Görədil qəsəbəsi “Əbdürrəhman” məscidi – 1 yer

Quba şəhəri "Ağ məscid" məscidi – 1 yer

Xaçmaz rayonu Xudat şəhər “İmam Hüseyn” məscidi – 1 yer

Xaçmaz rayonu Pirquluoba kənd məscidi – 1 yer

Qusar rayonu Mucuq-oba kənd məscidi – 1 yer

Mingəçevir şəhəri “Zəhra” məscidi – 1 yer

Sabirabad rayonu Qaratuğay kənd (2) məscidi – 1 yer

Saatlı rayonu Seyidlər kənd məscidi – 1 yer

İmişli şəhəri "İmam Zaman" məscidi – 1 yer

Lənkəran rayonu Liman şəhər “Cümə” məscidi – 1 yer

Lənkəran rayonu Viyən kənd məscidi – 1 yer

Astara rayonu Şahağacı kənd məscidi – 1 yer

Lerik rayonu Livədirqə kənd məscidi – 1 yer

Hacıqabul şəhəri “Hacı Yadulla” məscidi – 1 yer

Neftçala rayonu Bankə qəsəbəsi “Həzrət Əli” məscidi – 1 yer

Masallı rayonu Sığdaş kənd məscidi – 1 yer

Cəlilabad rayonu Uzuntəpə kəndi “Əbəlfəz” məscidi – 1 yer

Yardımlı rayonu Ostayır kənd məscidi – 1 yer

Qəbələ rayonu Bunud kənd məscidi – 1 yer

Balakən rayonu Yeni Şərif kəndi "Mərkəzi" məscidi – 1 yer

Qax rayonu Tasmalı kəndi "Cümə" məscidi – 1 yer

Zərdab rayonu Qoruqbağı kənd məscidi – 1 yer

Ucar rayonu Qazıqumlaq kəndi "Həzrəti Osman" məscidi – 1 yer

Şamaxı rayonu Mərzəndiyə kəndi “Şikar” məscidi – 1 yer

Ağsu rayonu Ərəbuşağı kənd məscidi – 1 yer

Qobustan rayonu Ərəbşalbaş kəndi "Hacı Gülmalı" məscidi – 1 yer

Dini ayinlərin icraçısı vəzifəsi üzrə:

Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi “Qədim Cümə” məscidi – 1 yer

Quba rayonu İspik kənd məscidi – 1 yer

Ağdaş rayonu Yuxarı Ləki kəndi “Məhəmmədəli” məscidi – 1 yer

Ağdaş rayonu Ərəbocaq kənd məscidi – 1 yer

Bərdə şəhəri “İmamzadə” məscidi – 1 yer

Biləsuvar rayonu Çaylı kənd məscidi – 1 yer

Zaqatala rayonu Lahıc kənd məscidi – 1 yer

Zərdab rayonu Əlibəyli kənd məscidi – 1 yer

Göyçay rayonu Mallı-Şıxlı kənd məscidi – 1 yer

Qadın dini ayinlərin icraçısı vəzifəsi üzrə:

Bakı şəhəri, Yasamal rayonu “Yasamal Hüseyniyyəsi” ibadət evi – 1 yer

Bərdə şəhəri “Cümə” məscidi – 1 yer

Yevlax şəhəri “Cümə” məscidi – 1 yer

Qəbələ şəhəri “Səkkizguşəli” məscidi – 1 yer

Müsahibədə iştirak etmək istəyən namizədlər 26 yanvar 2026-cı il saat 9:00-dan 25 fevral 2026-cı il saat 18:00-dək aşağıdakı sənədləri elektron qaydada [email protected]ə və ya kağız daşıyıcıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 16, AZ 1001) təqdim etməlidirlər:

- Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

- Tərcümeyi-hal;

- Dini ali və ya orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya

bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

- Sağlamlıq haqqında arayış;

- Narkoloji dispanserdən arayış;

- Ruhi-əsəb dispanserindən arayış;

- Məhkumluq barədə arayış;

- Foto (3x4) (4 ədəd);

- Ərizə.

Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.

Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi vaxtı və yeri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin internet saytında yerləşdiriləcəkdir.

Müsahibədə uğur qazanmış namizəd yalnız sənədlərini təqdim etdiyi vakant vəzifəyə təyinat ala bilər.

Əlaqə nömrəsi: (+994) 55 202 84 74

Избранный
55
8
xezerxeber.az

10Источники