RU

Sənədsiz evlərlə bağlıAÇIQLAMA

Azərbaycanda sənədsiz evlərin sayı 500 mindən çoxdur və bu istiqamətdə aparılan müzakirələrin uğurla nəticələnəcəyi gözlənilir. Bu proses maliyyə-bank sektoru, xüsusilə də sığorta sahəsi üçün ciddi imkanlar yarada bilər.

Xezerxeber.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı “InsurTech” adlı dərs vəsaitinin təqdimat mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 500 min sənədsiz evin ümumi bazar dəyəri təxminən 50 milyard manat təşkil edir:

“Hesab edirəm ki, real rəqəmlər bundan da böyükdür. Təsəvvür edin ki, bu qədər məbləğ maliyyə-bank sektoru, xüsusən də sığorta sahəsi üçün nə qədər geniş imkanlar açır”.

Qeyd edək ki, “InsurTech” adlı dərs vəsaiti İİTKM, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Sığortaçılar Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində hazırlanıb və sığorta sahəsində innovativ yanaşmaların təşviqini hədəfləyir.

Избранный
47
6
xezerxeber.az

8Источники