RU

Gideon Saar: "Azərbaycana investisiya yatırmaq istəyirik"

"Biz Azərbaycana investisiya yatırmaq istəyirik”.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bunu İsrail xarici işlər naziri Gideon Saar Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O bildirib ki, iki ölkə arasında enerji əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir:

“SOCAR İsrailin şirkətindən 10% pay əldə edib. Bu etimadın, münasibətlərin irəliyə aparılmasının nümunəsidir. Azərbaycanda hər zaman yəhudilər sülh şəraitində yaşayıb və yaşamağa davam edir”.

"Cebheinfo.az"

Избранный
41
5
cebheinfo.az

7Источники