RU

Avstraliyada təyyarə qəzasında iki nəfər öldü

Yazını böyüt
Yazını kiçilt

Avstraliyada yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

Hafta.az xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

Məlumata görə, qəza təyyarə Qold-Kost hava limanı yaxınlığındakı özəl uçuş-enmə zolağından havaya qalxdıqdan qısa müddət sonra baş verib.

Hadisə zamanı 73 yaşlı pilot və sərnişin hadisə yerində ölüblər.

Təyyarənin düşdüyü yerdən çəkilən kadrlarda qəzanın yaxınlıqdakı ağacların alovlanmasına və ot sahəsinin yanmasına səbəb olduğu görünür.

Избранный
69
5
hafta.az

10Источники