RU

Azərbaycan və Özbəkistan alimləri üçün birgə elm müsabiqəsi elan olunub

BAKI,TurkicWorld

Azərbaycan ilə Özbəkistan arasında elmi əməkdaşlığın genişləndirilməsi məqsədilə yeni bir təşəbbüs irəli sürülüb.

TurkicWorld xəbər verir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovativ İnkişaf Agentliyi arasında əməkdaşlıq çərçivəsində hər iki ölkənin alimləri üçün birgə elm müsabiqəsi elan edilib.

Müsabiqə Azərbaycan və Özbəkistan alimlərinin birgə elmi layihələr hazırlamasını təşviq etmək məqsədi daşıyır və bir sıra prioritet istiqamətləri əhatə edir. Elmi layihələrin qəbulu energetika, neft-kimya və materialşünaslıq, kənd təsərrüfatı və biotexnologiya, informasiya texnologiyaları, süni intellekt və rəqəmsal transformasiya, ekologiya və ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi və su ehtiyatlarının idarə olunması, memarlıq, tikinti, dizayn və şəhərsalma, eləcə də farmakologiya və əczaçılıq elmləri üzrə aparılacaq.

Müsabiqədə iştirak etmək istəyən alimlər layihənin icrası üçün qarşı ölkədən tərəfdaş müəyyən etməli və hər iki ölkənin müsabiqə şərtlərinə uyğun şəkildə eyni mövzu üzrə birgə elmi layihə təqdim etməlidirlər. Qaydalarına əsasən, yalnız hər iki tərəfin müsbət rəyini alan layihələr növbəti mərhələyə buraxılacaq.

Azərbaycan tərəfi üzrə elmi layihələrin qəbulu 15 mart 2026-cı il tarixinədək həyata keçiriləcək. Layihələr müəyyən edilmiş forma doldurulmaqla Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəsmi elektron poçt ünvanına təqdim olunmalıdır.

Избранный
38
7
turkic.world

8Источники