RU

Tramp ABŞ-ın böyük hərbi qüvvələrinin İrana yaxınlaşdığını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp, ABŞ-ın əsas qüvvələrinin İrana yaxınlaşdığını elan edərək, Tehranın razılığa gələcəyinə ümid etdiyini bildirib.

 

APA xəbər verir ki, Tramp bu barədə Ayova ştatında tərəfdarları qarşısında çıxış edərkən danışıb.

 

"Yeri gəlmişkən, hazırda daha bir böyük, gözəl bir ordu gözəl şəkildə İrana doğru irəliləyir. Ona görə də deyirəm, görəcəyik! Ümid edirəm ki, onlar razılığa gələcəklər", - Tramp bildirib.

 

Tramp ABŞ-ın 2025-ci ilin iyun ayında İranın nüvə imkanlarını məhv etdiyini vurğulayaraq Fordo, Nətənz və İsfahandakı İran nüvə obyektlərinə zərbələr endirildiyini xatırladıb.

Избранный
25
5
qaziler.az

6Источники