BAKI, 28 yanvar. TELEQRAF
Səhiyyə Nazirliyi “Arash Estetik” klinikasında plandankənar yoxlama aparıb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, yoxlama zamanı klinikada tanınmış həkim Sənan Xankişiyevin iştirakı ilə sertifikatsız stomatologiya ixtisası üzrə praktik tibb fəaliyyətinə buraxılması faktı aşkarlanıb.
Nazirlik İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tələblərini pozan klinika barədə protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə məhkəyə göndərib.
Məhkəmənin qərarına əsasən, “Arash Estetik” klinikası 6 000 manat məbləğində cərimələnib.