Bakı. Trend:
Müstəntiq bir sıra hallarda məhkəmə qərarı olmadan öz qərarıəsasında məcburi olaraq İKT sisteminə, onun hissələrinə, elektronverilənlərin saxlanıldığı daşıyıcılara və elektron verilənlərəbaxış həyata keçirə biləcək.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunanCinayət-Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanunlayihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, cinayətin izlərinin, sübut mənbəyi olabiləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilməhallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyənedilməsi məqsədi ilə müstəntiq İKT əşyaların, sistemlərinin,onların hissələrinin, elektron verilənlərin saxlanıldığıdaşıyıcıların və ya elektron verilənlərin baxışını aparacaq. Baxışzamanı müstəntiq müstəqil və ya mütəxəssisin köməyi ilə İKTsistemini, onun hissələrini, elektron verilənlərin saxlanıldığıdaşıyıcıları və ya elektron verilənləri götürəcək.
Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə cinayət prosesitərəflərinin vəsatəti, yaxud öz təşəbbüsü ilə sübutların toplanmasıprosesində fiziki, hüquqi və vəzifəli şəxslərdən, habeləəməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlardan cinayəttəqibi üzrə əhəmiyyət kəsb edən sənəd və əşyaların, elektronverilənlərin təqdim edilməsini, yoxlama və təftişin keçirilməsinisəlahiyyətli orqanlardan və vəzifəli şəxslərdən tələb etməyə haqlıolacaq.
İKT sisteminə, onun hissələrinə, elektron verilənlərinsaxlanıldığı daşıyıcılara və elektron verilənlərə baxış, onlardaaxtarış, habelə onların və elektron verilənlərin götürülməsi(yaşayış, xidməti və ya istehsalat yerində müvafiq olaraq yaşayan,işləyən və ya həmin yerin sahibi olan şəxsin dəvəti, yaxud onunicazəsi ilə müstəntiq biu istintaq hərəkətlərinin aparılması üçünməhkəmə qərarının alınması tələb edilməyəcək), xidmət provayderindəsaxlanılan digər məlumatların (abunəçi məlumatlarının, trafik vəməzmun verilənlərinin) ələ keçirilməsinin məcburi aparılması üçünbir qayda olaraq məhkəmə qərarının alınması tələb olunacaq.
Şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətintörədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığınaparılmasına dəlalət edən İKT sisteminin, onun hissələrinin,elektron verilənlərin saxlanıldığı daşıyıcıların və ya elektronverilənlərin gizlədilməsini və ya məhv edilməsini güman etməyə əsasverən dəqiq məlumat olduqda müstəntiq axtarış və ya götürməniməhkəmənin qərarı olmadan apara biləcək.
Yuxarıdakı abzasda qeyd edilən hallar olduqda müstəntiq müvafiqməhkəmə qərarı olmadan öz qərarı əsasında məcburi olaraq İKTsisteminə, onun hissələrinə, elektron verilənlərin saxlanıldığıdaşıyıcılara və elektron verilənlərə baxış, onlarda axtarış, ocümlədən Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydadaaparılan genişləndirilmiş axtarış, habelə İKT sistemini, onunhissələrini, elektron verilənlərin saxlanıldığı daşıyıcıları vəelektron verilənləri götürmə həyata keçirə biləcək.
Şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə olan ağır və yaxüsusilə ağır cinayətlər üzrə sübutların müəyyən edilməsi üçüntəxirə salına bilməyən hallar yarandıqda müstəntiq müvafiq məhkəməqərarı olmadan öz qərarı əsasında xidmət provayderində saxlanılandigər məlumatların (abunəçi məlumatlarının, trafik və məzmunverilənlərinin) məcburi ələ keçirəcək.
Məlumat üçün bildirək ki, qanun layihəsində cinayət-prosessualqanunvericiliyə aşağıdakı yeni anlayışların əlavə olunması təklifedilir:
- informasiya və kommunikasiyatexnologiyaları sistemi – proqram təminatıəsasında elektron verilənləri toplayan, saxlayan və avtomatik emaledən hər hansı qurğu və ya qarşılıqlı qoşulmuş və yaəlaqələndirilmiş qurğular qrupudur;
- elektron verilənlər – faktların,məlumatların və ya anlayışların İKT sistemində emal üçün yararlıformada olan hər hansı təsviri, o cümlədən İKT sisteminin müəyyənfunksiya yerinə yetirməsini təmin edən proqramdır;
- xidmət provayderi – göstərdiyixidmətlərin istifadəçilərini İKT sistemi vasitəsilə kommunikasiyaimkanı ilə təmin edən, yaxud belə kommunikasiya xidmətləri və yaxidmət istifadəçiləri üçün elektron verilənlərin emalını və yasaxlanılmasını həyata keçirən istənilən dövlət orqanı (qurumu),hüquqi və ya fiziki şəxsdir;
- trafik verilənləri – kommunikasiyanınmənbəyini, təyinat yerini, marşrutunu, vaxtını, tarixini, ölçüsünü,müddətini və ya xidmətin növünü göstərən, kommunikasiya zəncirinintərkib hissəsini təşkil edən İKT sistemi tərəfindən yaradılan, İKTsistemi vasitəsilə həyata keçirilən kommunikasiya ilə əlaqəli olanhər hansı elektron veriləndir;
- abunəçi məlumatları – trafik və yaməzmun verilənləri istisna olmaqla, istifadə edilən kommunikasiyaxidmətinin növü, bu xidmətə dair texniki təminat tədbirləri vəxidmətin göstərilmə müddəti, xidmət müqaviləsi və ya razılaşmasıəsasında əldə edilən abunəçinin şəxsiyyəti, poçt və ya coğrafiünvanı, telefon və digər əlaqə nömrəsi, hesablaşma və ya ödənişməlumatları, kommunikasiya avadanlıqlarının quraşdırıldığı yerlərhaqqında hər hansı məlumatları müəyyən etməyə imkan verən xidmətprovayderinin göstərdiyi xidmətlərin istifadəçiləri barədə xidmətprovayderində saxlanılan istənilən məlumatlardır;
- məzmun verilənləri – abunəçiməlumatları və ya trafik verilənləri istisna olmaqla, şəkillər,mətn mesajları, səsli mesajlar, audioyazılar və videoyazılar dadaxil olmaqla İKT sistemi vasitəsilə ötürülən məlumatın mahiyyətiilə əlaqəli hər hansı elektron verilənlərdir.