Türkiyənin İstanbul şəhərində həbsxanaya məxsus, məhbusları daşıyan nəqliyyat vasitəsi aşıb.Bu barədə “TRT Haber” xəbər verir.
Hadisə Eyüpsultan rayonunda baş verib.
Məlumata görə, qəzada 2-si ağır olmaqla 19 nəfər xəsarət alıb.
Hadisə ilə bağlı məlumat verildikdən sonra əraziyə çoxlu sayda tibb, polis və yanğınsöndürmə briqadaları göndərilib.