Bakı, 30 yanvar, AZƏRTAC
UEFA Avropa Liqasının əsas mərhələsinin ən uğursuz komandası müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, bu, İsrailin “Makkabi” (Təl-Əviv) kollektivi olub.
Təl-Əviv klubu turnirdə keçirdiyi səkkiz görüşdən cəmi birində heç-heçə edib,digər matçlarda isə meydandan xalsız ayrılıb.
Paytaxt təmsilçisi bu oyunlarda öz qapısından 22 top buraxıb, cəmi 2 qol vurub.
“Makkabi” liqa mərhələsini 1 xalla sonuncu – 36-cı yerdə başa vurub.